ABŞ-da irqçilik əleyhinə etirazlar davam edib
https://azeri.sahartv.ir/news/dünya-i236726-abŞ_da_irqçilik_əleyhinə_etirazlar_davam_edib
ABŞ-da irqçilik əleyhinə fəallar Şarlotta şəhərində aksiya keçirərək 43 yaşlı qaradərili Kit Lamont Skotta atəş açan polis məmurunun cəzalandırılmasını tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2016 12:01 Asia/Baku
  • ABŞ-da irqçilik əleyhinə etirazlar
    ABŞ-da irqçilik əleyhinə etirazlar

ABŞ-da irqçilik əleyhinə fəallar Şarlotta şəhərində aksiya keçirərək 43 yaşlı qaradərili Kit Lamont Skotta atəş açan polis məmurunun cəzalandırılmasını tələb ediblər.

43 yaşlı Skot çərşənbə axşamı günü öz avtomobilində oturduğu halda polis məmurunun atəşinə tut gəlib və həlak olub.

Polis deyir ki, atəş açan zabit Skot tərəfindən təhlükə hiss edib və ona doğru atəş açıb. Halbuki Skotun yaxınları yerli medialara müsahibədə deyiblər ki, polisin atəş açdığı zaman onun silahı olmayıb və yanında yalnız bir kitab olub. Yayımlanan kadrlar da bunu sübut edir.

Skotun ölümü ilə yanaşı qeyd edək ki, ötən bir neçə ayda polis məmurlarının atəş açması nəticəsində qaradərili amerikalıların ölüm hallarına qarşı etirazlar artmışdır.