ABŞ həbsxanalarında aclıq aksiyası davam edir
-
ABŞ həbsxanalarında aclıq aksiyası davam edir
Amerika həbsxanalarında şəraitin əlverişli olmadığına görə Amerikaboyu bütün məhbuslar sentyabrın 9-dan aclıq aksiyasına başlayıblar.
Telesurun verdiyi məlumata görə, 9 sentyabr və ondan sonra aclıq aksiyasına başlayan məhbuslar hal-hazırda fərdi kameralara köçürülüblər. Aclıq aksiyasında Nyu-Yorkun Atika həbsxanasında üsyanın 45-ci ildönümü günündə start verilmişdir və hələ davam edir. ABŞ tarixində məhbusların ən geniş üsyanı olan Atika həbsxanasındakı üsyan da bərbad səhiyyə vəziyyətinə etiraz üçün başlanmışdı.
Amerika ştatlarında təxminən 1 milyon məhbus uzun saatlar boyu çox milliyyətli şirktlər üçün yorucu işlər görür və qarşılığında çox az muzd alırlar. Torboilda məhbuslar həbsxanadakı əmək fəaliyyətlərini dayandırıblar, srağagün isə bir məhbus baş verən toqquşma nəticəsində biçaqlanaraq öldürülmüşdür.
Həbsxanalar üzrə federal büronun tapşırıqlarına əsasən məhbuslar hər bir saat məcburi əmək qarşılığında 12-40 sent əmək haqqı almalıdırlar. Ancaq bəzi ştatlarda, o cümlədən Texas və Arkanzasda məhbuslara əmək haqqı verilmir.
ABŞ-da məhbusların sayı rekord vuraraq 2,2 milyon nəfərə çatıb.