Qatar qəzaya uğradı; 103 ölü və yaralı
https://azeri.sahartv.ir/news/dünya-i237341-qatar_qəzaya_uğradı_103_ölü_və_yaralı
Amerikanın Nyu-Cersi ştatında qatarın qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, 100 nəfər də yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2016 09:58 Asia/Baku
  • Qatar qəzaya uğradı; 103 ölü və yaralı
    Qatar qəzaya uğradı; 103 ölü və yaralı

Amerikanın Nyu-Cersi ştatında qatarın qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, 100 nəfər də yaralanıb. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Yerli media və rəsmilərin bildirdiyinə görə, Nyu-Cersidə qatarın qəzaya uğraması azı 3 nəfərin ölməsi və 100 nəfərin yaralanması ilə nəticələnib. Bu hadisədə yaralananlardan bəzisinin vəziyyəti ağır olduğu bildirilir. Sərnişinlə dolu qatar sürətlə Hoboken stansiyasına daxil olub. 

Şahidlərin bildirdiyinə görə, vaqonlardan birinin relsdən çıxması və stansiyanın binasına toxunması nəticəsində bu binanın bir hissəsi dağılıb və su borularının qırılması ilə tavandan su axmağa başlayıb. 

Hadisə yerli vaxtla səhər saatlarında baş verib.