Sen 30, 2016 17:21 Asia/Baku
  • Amerikada yerlilər polis zorakılıqlarına etiraz ediblər
    Amerikada yerlilər polis zorakılıqlarına etiraz ediblər

Amerikalı qara və qırmızı dərililər polisin zorakılıqlarına qarşı etiraz aksiyası keçiriblər.

Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, amerikalı qara və qırmızı dərililərdən ibarət bir qrup dünən Vaşinqtonda piket keçirərək polis zorakılığına öz etirazlarını bildirib və polis zorakılığının qurbanları eləcə də "qara dərililərin həyatı önəmlidir" adlı hərəkat ilə öz həmrəyliklərini elan ediblər. 

Piket iştirakçıları səsləndirdikləri şuarlarda ABŞ polisinin zorakılıqlarına son qoyulmasını tələb ediblər. 

ABŞ-da polis zorakılığı ilə əlaqədar bir qurumun verdiyi statistik məlumatlara görə, 2015-ci ildə 1150 nəfərdən çox amerikalı polis tərəfindən öldürülüb. Öldürülənlərin 321 nəfərini qaradərililər təşkil edir. 

Amerika polisinin qaradərililərə qarşı zorakılığı ümumölkə etirazlara və "qaradərililərin həyatı önəmlidir" adlı hərəkatın yaranmasına səbəb olub. 

Teqlər