Haitidə "Metyu" qasırğasının qurbanlarının sayı 1000-ə çatdı
Okt 10, 2016 17:41 Asia/Baku
-
Haitidə \"Metyu\" qasırğas
Röyters bildirib ki, Haitidə "Metyu" qasırğasının qurbanlarının kütləvi dəfninə başlanılıb.
Karaib dənizi ətrafındakı ərazilərdə son 10 ilin ən güclü qasırğası hesab olunan " Metyu" qasırğası ötən çərşənbə axşamı günü saatda 230 km sürətlə bu yoxsul ölkədən keçərək minlərlə evi dağıtdı, bir çox yollar bağlandı və on minlərlə insan öz ev-eşiyini tərk etməli oldu.
BMT-nin verdiyi məlumata görə, son qasırğadan sonra Haitidə bir milyon 400 min əhali humanitar yardımlara ehtiyaclıdır.
Haitidə Metyu qasırğası o qədər güclu olmuşdur ki, paytaxtı ölkənin cənubuna qovuşduran yeganə əlaqə körpüsü dağılıb və telefon əlaqəsindən əlavə ölkənin iki hissəsi arasında fiziki əlaqə də kəsilib.