Rus hərbçilər SSRİ-nin Misirdəki bazasına qayıdırlar
Bəzi medialar Moskva ilə Qahirə arasında Rusiya hərbçilərinin Sovet İttifaqından qalan hərbi bazaya yenidən qayıtmaları mövzusu barədə müzakirələrin getməsindən xəbər veriblər.
İRNA-nın verdiyi məlumata görə, İzvestiya qəzeti bu barədə yazıb: 45 il öncə fəaliyyəti dayandırılmış SSRİ-nin Sidi şəhərindəki hava bazasını yenidən icarə etmək barədə müzakirələr gedir.
Bu məlumat Rusiyanın beynəlxalq anti-terror təlimlərində iştirak üçün Misirə hava qüvvələri göndərməsi proqramı ilə eyni zamanda yayılıb.
İzvestiya adlarını çəkmədiyi qaynaqlara istinadla bildirib: Aralıq Dənizi sahilində yerləşən SSRİ-yə aid hərbi bazanın yenidən icarə edilməsi barədə müzakirələr irəliyə doğru davam edir və Qahirə də regionda Rusiya ilə əməkdaşlıq yolu ilə strateji məsələlərin həlli məqsədi ilə bu bazanın icarəyə verilməsinə hazırdır.
Həmin qaynaqlar deyiblər: Rusiyanın Misirdə hərbi baza yaratması iki ölkə arasında əməkdaşlıqların yeni mərhələsi olacaq və Orta Şərqdə və Şimali Afrikada geosiyasi məsələlərin həllinə yardım edəcək. Müzakirələr uğurla sona çatarsa, Sidi hava bazasının yenidən bərpası əməliyyatı 2019-cu ildə yekunlaşacaq və Rusiya hərbçilərini qəbul etməyə hazır vəziyyətdə olacaq.
SSRİ-nin bu hərbi bazadakı fəaliyyəti 1972-ci ildə dayandırıldı.