Okt 10, 2016 21:50 Asia/Baku
  • Qonduz müharibəsi nəticəsində 24 min insan didərgin düşüb
    Qonduz müharibəsi nəticəsində 24 min insan didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatı bildirib: Əfqanıstanın Qonduz şəhərinin sakinlərindən 24 mindən çox adam müharibə nəticəsində öz yürdundan didərgin düşmüşdür.

İRİB-nin Kabildən verdiyi məlumata görə, BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi bildirib ki, Qonduz sakinlərindən 24 min nəfər Bəlx, Təxar, Bəğlan və Kabilə köçüb və oralarda didərgin həyatı yaşayır, onların sayı artmaqdadır. 

Qonduz müharibəsi bir həftədir başlanıb və Əfqanıstan dövlət qüvvələri ilə taliblər arasında toqquşmalar davam edir. 

Əfqanıstan Daxişi İşlər Nazirliyinin sözçüsü Sediq Sediqi deyib: Dövlət qüvvələri gələn həftə Qonduzu taliblərdən tamamilə təmizləyəcəklər. 

Əfqanıstan prezidentinin birinci müavini general Əbdürrəşid Dostum da deyib ki, yaxın günlərdə onun komandanlığı ilə Qonduz şəhərində geniş hərbi əməliyyatlara start veriləcək. 

Bu günədək Qonduzda gedən toqquşmalarda taliblərdən 260 dövlət qüvvələrindən isə 12 nəfər həlak olub. Bu toqquşmalar nəticəsində 300-ə yaxın mülki xəsarət alıb, lakin mülki tələfatı barədə məlumat yayılmayıb. 

Teqlər