Kabildə Hüseyn (ə) əzadarlarına hücumda şəhid olanların sayı artıb
Okt 12, 2016 11:10 Asia/Baku
-
Kabildə Hüseyn (ə) əzadarlarına hücum
Əfqanıstan paytaxtı Kabildə Hüseyn (ə) Tasuası mərasiminə yaraqlıların hücumu təxminən 50 nəfərin şəhid olması və yaralanması ilə nəticələnib.
İRİB-in məlumatına görə, Əfqanıstanda Daxili İşlər Nazirliyinin sözçüsü Sədiq Sədiqi çərşənbə axşamı günü deyib: Yaraqlıların Kabilin Səxi ziyarətgahına hücumunda 14 əzadar şəhid olub, 36 nəfər də yaralanıb.
Əfqanıstanın polis dairələri yaraqlıların sayının üç nəfər olduğunu bildiriblər.
Əfqanıstanın yerli medialarının məlumatına görə, bu terror aktının şahidlərindən biri deyib: Hadisə iki yaraqlının Hüseyn (ə) əzadarlarına atəş açması ilə başlandı və digər kamikadze isə üzərindəki partlayıcı qurğunu işə saldı.