Aşura gecəsində Nigeriyada şiələrin məscidi mühasirəyə alındı
-
Aşura gecəsində Nigeriyada şiələrin məscidi mühasirəyə alındı
Nigeriya ordusu Kaduna şəhərində bu ölkə şiələrinin məscidini mühasirəyə alıb və Hüseyn (ə) əzadarlarının məsciddən çıxmasına mane olub.
Press TV-nin məlumatına görə, Londonda yerləşən İslam İnsan Haqları Komissiyası bir bəyanatda Nigeriya rəsmilərini mühasirəyə son qoymağa və Nigeriya şiələrinin sərbəst toplaşmaq və ibadət azadlığı qanuni haqqından istifadəyə icazə verməyə çağırıb.
Bu komissiyanın bildirdiyinə görə, Nigeriya ordusu qüvəvləri həmçinin bazar ertəsi gecə, Tasua gecəsində Nigeriya İslam Hərəkatının azı 15 üzvünü həbs ediblər.
Bildirilib ki, həbs olunanlar arasında bir neçə uşaq və qadın da vardır.
Məlumatlara görə, Nigeriya ordusu əsgərləri şiələrin toplantısının qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etməklə bir neçə nəfəri yaralayıblar.
Məscidin mühasirəsindən öncə Nigeriya ordusunun əsgərlərini daşıyan zirehli avtomobillər də onun ətrafında görünüb.
Nigeriya ordusu və İslam Hərəkatı tərəfdarlarının ötən ilin dekabrında toqquşması yüzlərlə nəfərin ölməsi ilə nəticələndi. Hətta bəzi dairələr bu cinayət qurbanlarının min nəfərə yaxın olduğunu bildiriblər.
Ötən il dekabrda iki günlük qarşıdurmalar Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin tərəfdarlarının bu ölkə ordusunun Zaria şəhərinə basqını qarşısında müqavimət göstərməsi ilə başlanmışdı.
Beynəlxalq Amnistiya Təşkilatı Nigeriya ordusunu şiə müsəlmanlara qarşı atəş açmaq, onları qətlə yetirmək, cəsədlərini kütləvi qəbirlərdə basdırmaq və bu cinayətin faktlarını məhv etməkdə suçlayıb.