Okt 15, 2016 19:03 Asia/Baku
  • Paolo Centilvenİ
    Paolo Centilvenİ

NATO baş katibinin Litvaya hərbi qüvvələrin göndərilməsinə dair məlumatından sonra İtaliya XİN başçısı NATO-nun bu qərarının NATO sərhədlərini müdafiə istiqamətində baş tutduğunu deyib.

İtaliyanın Ray Nyus telekanalının verdiyi məlumata görə, NATO-nun İtaliyanın da iştirak etdiyi alyans qüvvələrinin Litva sərhədlərinə yerləşdirilməsini bildirməsindən sonra, Rusiyanın qərb ölkələri ilə diplomatik əlaqələrinin daha da gərginləşəcəyi ehtimal olunur. 

Bu məluamta görə Rusiya NATO-nu Avropada təxribatçı siyasət yeritməkdə ittiham edir. İtaliyanın XİN başçısı Paolo Centilveni də bu qərar barədə deyib: NATO-nun bu qərarı Rusiyaya qarşı hücumçu düşmənçilik siyasəti yeritmək məqsədi güdmür, NATO çərçivəsində bizim sərhədləri müdafiə və etimad yaratma siyasətinin tərkib hissəsidir. 

İtaliyanın xarici işlər naziri deyib: NATO-nun son qərarının müzakirələrin istiqamətinə heç bir təsiri olmayacaq. İtaliya həmişə bildirib ki, müzakirələr təhlükə hissi keçirən müttəfiqlərimizin etimad yaradan təşəbbüsləri ilə paralel olaraq davam etdirilməlidir. 

Teqlər