Tramp: ABŞ prezident seçkilərində saxtakarlıq yeni məsələ deyil
-
Donald Tramp
Amerikada prezidentliyə respublikaçı namizəd Donald Tramp Amerikada keçirilən prezident seçkilərində yol verilən qanun pozuntularına işarə edərək, bunun yeni bir məsələ olmadığını və ötən prezident seçkilərində də saxtakarlığa yol verdildiyini bildirib.
Respublikaçı namizəd Donald Tramp bu sözləri Amerikada prezident seçkilərinə təqribən 3 həftə qalmış Foks Nyus kanalı ilə müsahibədə deyib.
Tramp həmçinin deyib: Mən ötən seçkilər barədə danışıram. Mən, son seçkilərdən danışıram. Çünki, bunlar, bizim onlara istinadla fikir bildirməli olduğumuz məsələlərdir. Siz bəzi seçicilərin verdikləri səslərlə bağlı saxtakarlıqlara nəzər saldıqda, ölkədəki qanunsuz miqrantların da seçkilərdə iştirak etdiyini görürsünüz. Siz, 10 il bundan öncə ölmüş insanların da seçkilərdə iştirak etdiyini görürsünüz. Amerikada elə insanlar seçkilərdə iştirak edirlər ki, hətta, ABŞ vətəndaşı belə deyillər. Amma, səs verirlər.
Tramp əlavə edib: Siz indi adını çəkmək istəmədiyimi bir sıra şəhərlərə nəzər saldıqda ...
Jurnalist Trampın sözünü kəsərək deyir: Siz dəfələrlə Filadelfiya şəhərinə (Pensilvaniya Ştatında yerləşir) işarə etmişsiniz.
Tramp deyir: Filadelfiya onlardan biridir. Mit Ramni və Con Mək Kin (ötən prezident seçkiləri namizədləri) bu şəhərlərdə heç bir səs toplaya bilmədilər. Demək istədiyim onların "bir" səs belə toplaya bilməməsidir.
Tramp əlavə edib: Filadelfiya heç şübhəsiz bu şəhərlərdən biridir. Siz Çikaqoda (İlinoy Ştatı) baş verənlərə nəzər saldıqda, Sant Luis şəhərində ( Ohayo Ştatı) baş verənlərə nəzər saldıqda və bir çox digər şəhərlərdə baş verənlərə nəzər saldıqda böyük qanun pozuntularına yol verildiyini görəcəksiniz. Buna baxmayaraq mən başa düşə bilmirəm ki, nəyə görə Respublikaçı Partiyasının rəhbərliyi bunları görmür.