Okt 19, 2016 12:49 Asia/Baku
  • Sergey Lavrov - Elyado Luizaqa
    Sergey Lavrov - Elyado Luizaqa

Rusiya xarici işlər naziri deyib: Moskva ABŞ və müttəfiqlərinin Hələb şəhərindəki mötədil müxalifəti Ənnüsrə Cəbhəsindən ayıracaqları barədəki vədlərinə əməl edəcəklərinə şübhə ilə yanaşır.

Rusiya Əlyəum informasiya kanalının verdiyi məlumata görə, Sergey Lavrov Moskvada Paraqvay xarici işlər naziri Elyado Luizaqa ilə birgə mətbuat konfransında deyib: Hələbdə atəşkəsin icrasına başlanılıb. Suriya və Rusiya qırıcıları öz uçuşlarını dayandırıblar. Bu, xoşməramlılıq nişanəsidir. Bu atəşkəsdən Ənnüsrə Cəbhəsi və onun tabeliyində olan terrorçu qrupların ABŞ və bəzi Avropa ölkələri habelə, bəzi region ölkələri tərəfindən maliyyələşdirilən, himayə edilən və silahlandırılan qruplardan ayrılması üçün istifadə ediləcək. Əlbəttə, qeyd etməliyəm ki, bu xüsusda bizə hələ ötən fevral ayından vədlər edilib. Amma, indiyə kimi müxtəlif bəhanələrlə bu istiqamətdə heç bir iş görülməyib. Buna görə də, biz bu məsələyə şübhə ilə yanaşırıq və bu şübhələrlə bağlı düşüncələrimizi aşkar formada bəyan edirik. 

Teqlər