Rusiyada bina partlayıb
Okt 24, 2016 12:28 Asia/Baku
-
Rusiyada qaz partlayıb
Rusiyanın Ryazan şəhərində bir binada qazın sızması nəticəsində baş verən partlayış 3 nəfərin həyatına son qoyub. Hadisə nəticəsində 15 nəfər də xəsarət alıb.
Partlayışın baş verdiyi binanın bir hissəsi dağılıb və ətrafa yayılıb. Xilasedicilər hadisə yerində olan 6 nəfəri xilas ediblər.
Rusiyanın fövqəladə hallar nazirinin Ryazan şəhəri üzrə müavini deyib ki, binanın başqa mərtəbələrinin çökməsi ehtimalını nəzərə alaraq uçqun binanın üst mərtəbələri boşaldılır.