ABŞ-ın Oklahoma ştatında atışma
Oklahoma ştatının polisi iki vətəndaşı qətlə yetirəndən və başqa üç nəfəri yaraladıqdan sonra aradan çıxan silahlı bir kişinin axtarışını başladıb.
PressTv-nin verdiyi məlumata görə, şübhəli bilinən şəxs polis zabitləri ilə silahlı atışmada polislərin üzərinə atəş açan Maykl Venes adlı bir kişidir.
Linkoln şəhərinin polisi Çarli Doqertinin dediyinə görə, dünən gecə Veltsonun yaxınlığında baş verən toqquşmada iki polis əməkdaşı da yaralanıb.
Çarli Doqerti deyib ki, Maykl öz ailəsinin iki üzvünü də qətlə yetirib. Yerli polis sakinlərə silahlı qatilin təhlükəli olması barədə xəbərdarlıq edib.
Amerikada silah daşımaq sərbəstliyi hər gün odlu silahlarla baş verən toqquşmalara səbəb olur. Bu toqquşmalarda insanlar da həyatlarını itirirlər ancaq ABŞ-da silah lobbisi o qərəd güclüdür ki, hətta ABŞ konqresi belə silah daşımağa qarşı məhdudiyyət yaradacaq qanun qəbul etməyə hazır olmadı.