Okt 26, 2016 11:34 Asia/Baku
  • İki dəfə doğulan körpə
    İki dəfə doğulan körpə

ABŞ-ın Texas ştatında bir körpə iki dəfə doğuldu

BBC-nin verdiyi məlumata görə, Linli adlanan bu körpə qızın anası Marqaret hamiləliyin 16-cı həftəsində olarkən Linlinin onurğa sümüyü hissəsində böyük bir şişin olduğu aşkarlandı. Həkimlər Linlinin həyatını xilas etmək üçün onu 20 dəqiqəlik ananın bətnindən çıxardaraq üzərində əməliyyat apardılar və şişi kəsib götürdülər, sonra isə Linlini bir daha anasının bətninə yerləşdirdilər.

Linli vaxtı çatdıqda doğuldu və bu gün o tam sağlam bir körpədir. Valideynləri hesab edirlər ki Linli iki dəfə doğulub və ona iki dəfə ad günü qeyd etmək lazım olacaq. 

Teqlər