Okt 26, 2016 17:43 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ-da prezident seçkilərinə respublikaçıların namizədi Röyters-ə verdiyi eksklüziv müsahibədə deyib: Klintonun Suriya planı 3-cü dünya müharibəsinə səbəb olacaq, bunun səbəbi isə nüvə silahlarına malik olan ölkələrin hərbi qarşıdurmaları ehtimalından ibarətdir.

Tramp deyib: Biz diqqətimizi İŞİD-ə toplamalıyıq. Biz Suriyaya təmərküz etməməliyik. Biz Hillari Klintonu dinləsək 3-cü dünya müharibəsinə girəcəyik və onda sadəcə Suriya ilə deyil Suriya, Rusiya və İranla müharibə aparmalı olacağıq. Rusiya isə nüvə silahına malik olan ölkədir. 

Tramp deyib: İŞİD-i məğlubiyyətə uğratmağın müqabilində Bəşar Əsədi hakimiyyətdən kənarlaşmağa məcbur etməyin əhəmiyyəti azdır. Hesab edirəm ki, İŞİD ilə müqayisədə Əsəd məsələsi ikinci əhəmiyyətli mövzudur. 

Tramp Filippin ilə münasibətlərin korlanması barədə isə deyib: Filippinin yeni prezidenti Rodriqo Dutertenin son bəyanatı ölkəmizə hörmət etmədiyini göstərdi.

Teqlər