Filippində ABŞ-ın hərbi fəaliyyətlərinə qarşı geniş aksiya keçirilib
-
Filippində ABŞ-ın hərbi fəaliyyətlərinə qarşı geniş aksiya keçirilib
Minlərlə filippinli ABŞ-ın bu ölkədəki hərbi fəaliiyyətlərinə qarşı etiraz aksiyası keçirib
İRİB-nin verdiyi məlumata görə, Filippin prezidenti Rodrigo Dutertenin ABŞ hərbçilərinin bu ölkədən çıxmalarının vacibliyi barədəki son çıxışının ardınca minlərlə sakin bu gün küçələrdə ABŞ əleyhinə etiraz aksiyası keçirib.
Nümayişçilər Amerika hərbçilərinin bu ölkədən dərhal çıxmalarını istəyiblər.
Yüzlərlə təhlükəsizlik qüvvəsi və polis əməkdaşı nümayişçilərin təhlükəsizliyini təmin ediblər.
Qeyd edək ki, Filippin dövləti Amerika ilə son çaxnaşmalara görə özünün Vaşinqton ilə bəzi hərbi əməkdaşlıqlarını dayandırmaq qərarına gəlib.
Vaşinqton ilə Manil arasında çaxnaşma son aylar ərzində ABŞ-ın Filippin polisinin narkotin qaçaqmalçılarına qarşı rəftarına müdaxiləsindən sonra şiddətlənib.