Okt 31, 2016 12:13 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ-da prezident seçkilərinə Respublikaçı namizəd ölkənin hava qoşunlarının bərpası və gücləndirilməsinə təkid edərək bir daha İŞİD-in formalaşmasında Barak Obama və Hilları Klintonun müqqəsir olduğunu bildirib.

Donald Tramp Nyu-Meksikoda öz tərəfdarları toplusunda etdiyi çıxışında deyib: Bizim ABŞ-ın prioritetlərini diqqətə alacaq yeni xarici siyasətə ehtiyacımız var. Hillari Klinton İraq, Suriya və Liviyada, daxil olduğu hər yerdə faciə yaratdı. O İranın güclənməsinə zəmin yaratdı və boşluq yaradaraq İŞİD-in formalaşmasına kömək etdi.

Biz Yaxın Şərqdə 6 trilyon dollar xərclədik, biz bu qədər vəsaitlə ölkəmizi yenidən bərpa edə bilərdik. Bizim Yaxın Şərqdə bu qədər vəsait xərcləməyimizə rəğmən proseslər istədiyimizin əks istiqamətində formalaşır. Prezidentimiz hər gün qolf oyunu ilə məşğul olsaydı, durumumuz şübhəsiz ki bundan daha yaxşı olacaqdı. 

Biz 6 trilyon dollar Yaxın Şərqə xərc qoyduq, amma 15 il öncəki ilə müqayisədə daha pis vəziyyətdəyik.

Hillari Klinton İŞİD qrupunu dayandıra bilərdi, amma dayandırmadı. Hillari və onun dostları bizi bu müharibəyə sürüklədilər , hansı ki həmin müharibələr təhlükəsizliyimizi və sərhədlərimizi kövrək duruma düçar edib.

Teqlər