Ukraynanın baş naziri: Rusiya öhdəliklərini pozur
-
Ukraynanın baş naziri
Ukraynanın baş naziri deyib: Rusiya bütün beynəlxalq öhdəliklərini pozub.
France 24 tekelanalının verdiyi məlumata görə, Poroşenkonun yaxın adamlarından olan, Avropa Birliyinə yaxınlaşmaq tərəfdarlarından hesab olunan yəhudi mənşəli baş nazir Vladimir Qroysman France 24-ə verdiyi müsahibədə deyib: Ukraynanın strateji siyasəti Avropa Birliyinə yaxınlaşmaqdan ibarətdir.
O Minsk sülh razılaşması barədə isə deyib: Avropada baş verənlərə gözü açıq baxmalıyıq, Rusiya daxili işlərimizə müdaxilə edərək bütün beynəlxalq öhdəliklərini pozmuş oldu, sərhədlərimizə təcavüz etdi, ölkəmizin bir hissəsini öz ərazilərinə ilhaq etdi, bütün bunlar onu deməyə əsas verir ki, Rusiya misilsiz şəkildə bütün beynəlxalq hüququ və qitəmizdə təhlükəsizliyi görməməzliyə vurur. Bu problemin həllinin açarı Rusiyanın əlindədir. Təcavüzü başlayan Rusiya idi və öz tankları və hərbçilərini ölkəmizdən çıxarmalıdır. Dördtərəfli Normandi formatı çox effektli formatdır. Ukrayna qonşuları yaxud hər hansı başqa ölkəyə təhdid yaratmır. Biz sadəcə sülhdə yaşamaq, milli hakimiyyətimizə hörmət edilməsini istəyirik. Biz SSRİ-dəki keçmişimizi arxada buraxmaq, Avropa və azad dünyaya doğru irəliləmək istəyirik, biz vətəndaşlarımızın seçiminə hörmətlə yanaşılmasını istəyirik.