Con Kerri İran xarici işlər nazirini alqışladı
ABŞ dövlət katibi Con Kerri Çetem House-un müştərək mükafatının ona və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə təqdim edilməsi mərasimində etdiyi çıxışında deyib: Bu razılaşmanın əldə olunması üçün çalışan bütün şəxslərə təşəkkür edirəm.
İngiltərənin o vaxtkı xarici işlər naziri Filip Hamond və bizim Almaniya, Fransa, Rusiya və Çin həmkarlarımız bu barədə rola malik oldular. Katrin Eşton, sonra isə Federika Mogerini də koordinasiya roluna malik idilər. Bu mükafatın ona da aid olduğu iranlı həmkarın Məhəmməd Cavad Zərif barəsində danışmaq istəyirəm. Təəssüf edirəm ki, o bura gəlmək və mükafatı almaq üçün öz iş cədvəlini həmahəng edə bilmədi. Cavad çox yaxşı müzakirəçidir və vətənsevərdir. O ölkəsi üçün savaşır və həmişə problemlərin həlli üçün konstruktiv yol tapmağa çalışır. Hər iki ölkənin xalqı və siyasətçiləri tərəfindən etiraz səsləri və mənafe sahibləri də vardı. Həmçinin ABŞ-ın energetika naziri Ernest Muniz və İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehini bu anlaşmanın əldə olunmasına göstərdikləri kömək üçün alqışlamalıyam. Onların texniki heyətləri nüvə anlaşmasındakı boşluqları doldurdular. Yüzlərlə ekspert uzun illər bu barədə fəaliyyət göstərirdi. Bizim Vyanada ardıcıl 19 gün müzakirəmiz vardı. Müzakirədə çoxlu səylər göstərildi.
Kerri əlavə edib: Bu anlaşma İranın nüvə proqramının tamamilə sülhməramlı olduğuna zəmanət verib və nəticədə bugünkü dünyamız daha təhlükəsizdir. Həmçinin İran xalqı üçün fürsətlər yaratdı. Prezident Barak Obama və prezident Həsən Ruhani bu barədə həlledici qərarlar verdilər və onların hər ikisi siyasi riski qəbul etməli idilər. Onların hər ikisinin böhranın həlli məqsədilə siyasi həll yolunu tapmaq üçün baxışları vardı ki, onun barəsində başqa seçim müharibə idi.