Amerikalılar prezident seçkiləri ilə bağlı ciddi nigaranlığa malikdirlər
-
Amerikalılar prezident seçkiləri ilə bağlı ciddi nigaranlığa malikdirlər
Amerikada həyata keçirilən son rəy sorğusuna əsasən amerikalıların yarıdan çoxu bu ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi nigaranlığa malikdirlər.
Çin xəbər agentliyinin Nyu-Yorkdan verdiyi məlumata görə, ABŞ-ın Safolk Universiteti tərəfindən həyata keçirilən rəy sorğusunun nəticələrinə görə, amerikalıların 50%-dən çoxu prezident seçkilərinin nəticəsi ilə bağlı nigaranlıqlara malikdir.
Respondentlərin 46%-i demokratların namizədi Hillari Klinton barədə müsbət, 47%-i isə mənfi münasibət bəslədiyini bildirib.
26 oktyabr 2016-cı il tarixində həyata keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin 61%-i respublikaçıların namizədi Donald Tramp barədə mənfi fikirə malikdir. Trampa etimad edənlərin sayı isə sadəcə 31%-dir.
Bu rəy sorğusuna görə, respondentlərin 49%-i Hillari Klinton, 39%-i isə Donalt Trampa səs verəcəklərini bildiriblər. Respondentlərin 10%-i isə hələ kimə səs verəcəklərini qətiləşdirmədiklərini deyiblər.
Respondentlərin 43%-i isə Trampın seçkilərin qalibi olacağı barədə dediklərinə qorxu ilə yanaşdıqlarını bildirib.
Rəy sorğusunun nəticələrinə görə, respondentlərin 58%-i Amerikada fikir ayrılığının keçmiş ilə müqayisədə xeyli artdığına inandığını bildirib. Respondentlərin 54%-i isə ölkələrinin yanlış yolda addımlamasından nigaran olduqlarını bildiriblər.
Amerikada prezident seçkiləri cari noyabr ayının 8-də keçiriləcək.