Noy 05, 2016 19:11 Asia/Baku
  • Rusların şüarı:
    Rusların şüarı: "Qatil Böyük Britaniya"

İngiltərə xrici işlər nazirinin Londonda Rusiya əleyhinə aksiyanın keçirilməsini istəməsi və Moskva əleyhinə Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etməsi yüzlərlə rusun bu ölkə səfirliyi önündə piket keçirərək, "Qatil Böyük Britaniya" şüarı verməsinə səbəb olub.

Yüzlərlə nəfər Moskvada İngiltərə səfirliyi önündə piket keçirərək, bu ölkə hərbçilərinin Liviyaya hücumda iştirak etməsini və minlərlə insanın ölümünə səbəb olmasını habelə, Londonun Suriya əleyhinə siyasətlərini qınayıb. 

Cümə günü axşam saatlarında təqribən 500 nəfər İngiltərənin Moskvadakı səfirliyi önündə piket keçirib. Piket iştirakçıları əllərində üzərinə "İngiltərə Liviya xalqının qatilidir" və "Qatil Böyük Britaniya" şüarları yazılmış plakatlar daşıyıblar. 

Aksiya iştirakçıları həmçinin, üzərlərinə ingilis və rus dillərində "İngiltərə ikili siyasətlərə son ver" və  "İngiltərədəki rus diplomatlar diplomatik toxunulmazlığa malikdirlər" şüarları yazılmış iri parçalar daşııblar. 

Piket iştirakçıları həmçinin, İngiltərə səfirliyi önünə Yaxın Şərqdə o cümlədən Suriyada silahlı qarşıdurmaların törədilməsinə işarə olaraq qırmızı rəngli tablolar qoyublar. 

Bu, rus fəalların cümə günü İngiltərə əleyhinə ikinci etiraz aksiyası sayılır. Bundan öncə də bir qrup rus fəal İngiltərənin Suriya ilə bağlı siyasətlərinə etiraz olaraq Moskvada İngiltərə səfirliyi önünə qırmızı rəngə boyanmış müqəvva  parçaları atmışdılar. 

Teqlər