ABŞ və İngiltərədə kapitalizmə qarşı aksiyalarda onlarla adam saxlanılıb
London və Vaşinqtonda polis kapitalizm sisteminə qarşı etiraz edən onlarla aksiyaçını həbs edib.
PressTv-nin verdiyi məlumata görə, Londonda "milyonluq Maska nümayişləri"-ndə onlarla aksiyaçı parlament binası qarşısında atəşfəşanlıq ediblər, bəziləri isə altında " axtarışda olan terrorçu və maliyyə faşisti" yazılmış Deyvid Kameronun şəkillərini daşıyıblar.
Aksiya ərazilərində polis geniş iştiraka malik olub və nəhayət aksiyaçılarla polis arasında toqquşma baş verib, Londonda polis 50-dən çox aksiyaçını həbs edib.
ABŞ paytaxtı Vaşinqtonda da nümayişçilər konqres binası qarşısına toplaşaraq ölkənin siyasi və iqtisadi sisteminin səriştəsizliyinə qarşı öz etirazlarını bildiriblər. Vaşinqton nümayişlərinə də polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb.