ABŞ prezident seçkiləri dünya birjalarına mənfi təsirlərə səbəb olub
https://azeri.sahartv.ir/news/dünya-i244607-abŞ_prezident_seçkiləri_dünya_birjalarına_mənfi_təsirlərə_səbəb_olub
Respublikaçı namizəd Donald Trampın ABŞ prezident seçkilərinin qalibi olması xəbəri böyük birjalarda ciddi mənfi təsirlərə malik olub və sadəcə qızılın qiymətində artım müşahidə olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 12:53 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Respublikaçı namizəd Donald Trampın ABŞ prezident seçkilərinin qalibi olması xəbəri böyük birjalarda ciddi mənfi təsirlərə malik olub və sadəcə qızılın qiymətində artım müşahidə olunub.

İlk mənfi təsir ABŞ-ın maliyyə mərkəzi olan  Ual Strit birjasında hiss olundu. Dav Consun indeksləri 5%-ə kimi süqut etdi. Dav Consun sənaye indeksi də ciddi azalmanın şahidi oldu. Bu isə ötən bir neçə ildə bir gündə dəyən ən böyük zərər sayılır.

Yaponiya birjaları da o cümlədən Tokio birjası 5%-ə yaxın dəyər itirib.

Həmçinin, valyuta dəyişmə məntəqələrində Yaponiya İyeni dollar müqabilində dəyər qazanıb.

Avronun dəyər itkisi isə az olub.

Meksikada isə milli valyuta 10%-ə yaxın dəyər itirib. Donald Tramp prezident seçiləcəyi təqdirdə qanunsuz mühacirətin qarşısını almaq üçün Meksika ilə sərhədləri beton divar ilə bağlayacağını bildirmişdi.

İstehlak bazarında isə xam neftin qiymətində ucuzlaşma müşahidə olunub. Sadəcə qızıl bu məsələdən faydalanaraq, dəyər qazanıb.