Noy 11, 2016 12:28 Asia/Baku
  • Tramp əleyhinə aksiyalar
    Tramp əleyhinə aksiyalar

Trampın ABŞ prezidenti seçilməsi ölkə səviyyəsində geniş etiraz aksiyalarına səbəb olub. Bu etiraz aksiyaları hələ dəvam edir və etirazların bu tezliklə başa çatmayacağını təsəvvür etmək olar.

BBC telekanalının verdiyi məlumata görə, Donald Tramp və müavini Mayk Pens artıq indidən təşkil edəcəkləri dövlət üzərində çalışmağa başlayıblar. Seçilmiş prezident dünən yeni evinə(Ağ Ev) baş çərəkər, oranı gözdən keçirib. 

D.Tramp prezident Obama ilə görüşüb, hakimiyyətin ötürülməsi barədə danışıqlar aparıb. 

ABŞ-ın özünü yeni bir siyasi gələcəyə hazırladığı bir şəraitdə hələ də ölkə səviyyəsində minlərlə insan bu gerçəklik ilə barışmaq istəmir və küçələrə axışaraq, seçkilərin nəticəsinə etiraz edir. Aksiya iştirakçılarının ən əsas şüarı isə "Tramp mənim prezidentim deyil" şüarıdır. 

"Biz seçilmiş prezidenti rədd edirik". Bu seçkilərin nəticəsinə etiraz edən seçicilərin şüarıdır. 

Nyu-Yorkda minlərlə nəfər Trampın seçilməsinə etiraz olaraq aksiya keçirib. Bu etirazlar Amerikanın şərqindən qərbinə kimi bütün əraziləri əhatə edir. Onlar son dərəcə qəzəbli və təşviş içində idilər. Hamı eyni şüar verir. 

Aksiya iştirakçılarından biri Trampın seçki şüarlarından biri olan "Meksika ilə sərhədlərə divar hörülməlidir" şüarına işarə olaraq əlində üzərinə "Trampın ətrafına divar çəkilməlidir" şüarı yazılmış bir plakat daşıyıb. 

Los Ancelesdə də aksiy aiştirakçıları Trampın müqəvvasını yandıraraq, ətrafına yığışıblar. 

Siyateldə də insanlar küçələrə axışaraq, aksiya keçirib. 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində də insanlar həyəcan içərisindədir. Aksiya iştirakçılarından biri əsəbi şəkildə çıxış edərkən, başqa bir aksiya iştirakçısı tərəfindən hücuma məruz qalır. 

Aksiya iştirakçılarından biri deyir: Başa düşə bilmirəm ki, qadınlara qarşı olan belə bir şəxs necə prezident seçilir. Bu gün qorxunc bir gün idi və bu gecə qorxunc bir gecə olacaq. Ötən bir neçə ay da qorxunc idi. Biz Trampın getməsini istəyirik. 

Başqa bir aksiya iştirakçısı deyir: Mən onun prezident olduğunu qəbul edirəm. Amma, mən ondan istəyirəm ki, dünən demək istədiyi kimi Amerikanı birləşdirsin və hamını ideal bir düşüncə ətrafında toplasın. Əlbəttə, daha öncə çıxışlarında bundan bəhs etməzdi. Onun, daha öncə seçki rəqabətləri zamanı söylədiklərinin hamısının doğru olduğuna da inanmıram. İndi, o hazırkı məqamda bütün Amerikanı təmsil etməlidir. 

Bir başqa aksiya iştirakçısı isə deyir: Bu qorxuncdur. Hətta, bizim bu gerçəkliyi dəyişməyə qadir olmadığımıza rəğmən, burda, bizimlə eyni fikirdə olan bacı və qardaşlarımız ilə bir arada olmaq çox müsbət bir haldır. Mən, buradan hamıya elan edirəm ki, biz bununla razı deyilik. 

Donald Tramp qalibiyyət çıxışında bildirdi ki, bütün amerikalıların prezidenti olacaq və onun tərəfdarları da bildirirlər ki, bu, Amerikanın seçimidir. 

Trampın tərəfdarlarından biri deyir: Onlar etiraz etməkdə haqlıdırlar. Amma, onların nəyə etiraz etdiklərinə baxmaq lazımdır. Onlar demokratiyaya etiraz edirlər. Demokratiya sadəcə sözdən ibarət deyil. Demokratiyaya əməl etmək lazımdır. 

Amma, Trampın seçki təbliğatları ixtilaflara və qalmaqallara səbəb olmuşdu. Hətta, bu ixtilaflar onun partiyasının daxilinə kimi uzanıb. Respublikaçılar arasındakı ixtilafların da bu tezliklə öz həllini tapacağı gözlənilmir. 

ABŞ-ın Nümayəndələr Məclisinin sədri Pol Rayan da deyir: Donald Tramp bu ölkədə elə bir səs eşitdi ki, ondan başqa heç kim eşitməmişdi. O, insanlar ilə elə formada əlaqə qurdu ki, heç kəs bundan öncə buna nail ola bilməmişdi. O, siyasəti alt-üst etdi. İndi, Tramp respublikaçılardan ibarət müttəhid bir hökumət quracaq. 

Respublikaçıların Nümayəndələr Məclisinə nəzarəti əllərinə almalarını nəzərə alaraq, Tramp güclü bir prezident ola bilər. Donald Tramp prezidentliyinin ilk 100 günündə qanunsuz mühacirləri ölkədən çıxartmaq və Meksika ilə sərhədləri beton divar ilə bağlamaq istəyir. O, həmçinin, prezident Obamanın səhiyyə sistemi ilə bağlı layihəsini ləğv etmək istəyir. Halbuki, bu qanun insanların ucuz dərman ilə təmin edilməsində çox önəmli idi. Tramp həmçinin, dəfələrlə iqlim dəyişikliyində insanın rolunu rədd edərək, çirkləndiricilərin azaldılması üzrə son dəyişiklikləri də ləğv edəcəyini bildirib. 

Teqlər