Noy 11, 2016 17:57 Asia/Baku
  • Trampın ifratçı tərəfdarları müsəlmanlara qarşı zorakılıq
    Trampın ifratçı tərəfdarları müsəlmanlara qarşı zorakılıq

ABŞ müsəlmanları bildirirlər ki, Trampın ifratçı tərəfdarları onun prezident seçilməsindən sonra Amerika müsəlmanlarına qarşı zorakılıqlarını artırıblar və müsəlman qadınların hicablarını zorla açmağa çalışırlar.

CNN telekanalının məlumatına görə, müharibədə həyatını itirmiş amerikalı müsəlman əsgər atası Xızır Xan, seçki rəqabətləri zamanı Trampın ona hörmətsizlik etməsinin ardınca verdiyi müsahibədə deyib: "Donald Trampın prezident seçiləcəyini eşitdiyim zaman çox narahat oldum. Biz çox ümidsizliyə qapıldıq. Mən Donald Tramp və onun yanındakılara xatırlatmaq istəyirəm ki, ABŞ Konstitusiyasına əsasən mənim vətəndaşlıq hüququm və bütün amerikalıların vətəndaşlıq hüququ qorunmalıdır və ABŞ vətəndaşları dini etiqadlarına görə təzyiqə məruz qalmamalı, incidilməməlidirlər. Amerikadakı hazırkı etirazlardan amerikalıların nə qədər qorxu içərisində olduğunu dərk etmək olar. Bir saat öncə mənə dedilər ki, Donald Trampın tərəfdarları müsəlmanları qorxutmağa çalışırlar. Üzərində Donald Trampın fotoşəkili olan libaslar və papaqlar ilə müsəlmanlara hücum edərək, müsəlman qadınların başlarından hicablarını götürüblər. Onlar Nyu-Yorkda, Los Ancelesdə və Luiziyanada bu işləri görüblər. Müsəlmanların məscidlərinə hücum ediblər. Bu məkanlara doğru müxtəlif əşyalar atılıb. Bütün bunları dayandırmaq lazımdır. Konstitusiya əsasında tanınmış haqq və hüquqlara hörmət edilməlidir."

Teqlər