ABŞ-da aksiyaçılar: Seçkilər geriyə qayıdış idi
https://azeri.sahartv.ir/news/dünya-i245342-abŞ_da_aksiyaçılar_seçkilər_geriyə_qayıdış_idi
Amerikanın Nyu-York şəhərində siyasi sistemə və irqçiliyə qarşı etiraz edənlər bu ölkədə son prezident seçkilərinin geriyə atılan addım olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2016 11:45 Asia/Baku
  • Seçkilər geriyə qayıdış idi
    Seçkilər geriyə qayıdış idi

Amerikanın Nyu-York şəhərində siyasi sistemə və irqçiliyə qarşı etiraz edənlər bu ölkədə son prezident seçkilərinin geriyə atılan addım olduğunu bildiriblər.

CNN telekanalının verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinə qarşı etiraz aksiyası davam edib. Minlərlə adam Nyu-Yorkda birlik meydanından Tramp qülləsinədək 3 kilometrlik məsafəni yürüş keçirərək Trampın təşviqat kampaniyası tərəfindən nifrət yayılmasına qarşı çıxdıqlarını bildiriblər. 

Nümayişçilərdən biri deyib: Bu böyük hadisədir, mən durumu dəyişmək üçün nə etməli olduğunu bilmirəm ancaq küçələrə axışaraq Trampın yaydığı nifrət, qəzəb və qorxunun ölkəmizdə özünü göstərməyəcəyindən əmin olmalıyıq. 

Nyu-York nümayişlərində iştirak edən yeniyetmə qız aksiyaçıların hansı müraciətə malik olduqları barədə deyib: Biz bir yerə toplaşmışıq ki, bir cəmiyyətin üzvləri olaraq biri-birimizi dəstəkləyək, ona görə ki, bu böyük uduzmadır, bu seçkilər bizi geriyə atdı və dünyaya iddia etdiyimiz qədər  inkişaf etmiş olmadığımızı göstərdi.