Myanmada 28 Ruhingiya müsəlman öldürülüb
Myanma ordusu tərəfindən 28 Ruhingiya müsəmanı öldürülüb.
İRNA-nın verdiyi məlumata görə, Miyanma ordusu bazar günü bir bəyanat yayaraq bildirib ki, Dar Giy Zar kəndinin yaxınlığında hərbçilərlə toqquşmada 22 Ruhingiya müsəlmanı öldürülüb.
Yüz minlərlə Ruhingiya müsəlmanının yaşadığı Miyanmanın Raxin vilayəti yeni repressiyaların şahidi olub.
Raxin vilayəti 9 oktyabrda 9 polisin ölümü ilə nəticələnən baş vermiş toqquşmalardan sonra güclü təhlükəsizlik tədbirlərinin şahididir.
Digər tərəfdən insan haqları gözətçiləri peyk görüntülərinə istinadla bildirib ki, son həftələr ərzində Raxin vilayətinin iğtişaşlı bölgələrində 400 bina yandırılıb.
Miyanma dövləti Ruhingiya yaraqlılarının ölkədən kənardakı ifratçı qruplarla əlaqədə olduqlarını iddia edərək ordunun onlardan bir qrupunu həbs etdiyini bildirib.
Ruhingiya adlanan Miyanmanın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib.
Miyanma dövləti Ruhingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır.