On nigeriyalı müsəlman qətlə yetirilib
-
On nigeriyalı müsəlman qətlə yetirilib
Nigeriyanın şimalında Kano şəhərindən kənarda polis məmurları tərəfindən azı 10 nigeriyalı şiə qətlə yetirilib.
Frans Pressin məlumatına görə, Nigeriyada şahidlər bildiriblər ki, polis məmurları Kano şəhərinin kənarında azı 10 şiəni atəşə tutublar. Bildirilir ki, bu hücum nəticəsində bir qrup da yaralanıb.
Bu arada Nigeriya polisinin bir zabiti şiələrə hücumu təsdiqləyərək bu şəxslərin sərtliyə əl atdıqlarını iddia edib.
İndiyə qədər bu hadisə haqda əlavə məlumat yayılmayıb.
Nigeriya ordusu ötən il dekabr ayında da təxminən 300 müsəlmanı atəşə tutmuş və onları gizli şəkildə kütləvi qəbirdə dəfn etmişdi. Halbuki Nigeriya İslam Hərəkatı dəqiq statistika həlak olanların mindən çox olduğunu göstərir.
Nigeriya ordusu 13 dekabrda Zaria şəhərində Hüseyniyyəyə və İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin mənzilinə basqın və müsəlmanları kütləvi şəkildə qırğın edərək Şeyx Zəkzakini həyat yoldaşı ilə birlikdə həbs edib.