Noy 15, 2016 12:52 Asia/Baku
  • Avropa Birliyinin Nazirlər Şurası İran və nüvə anlaşması haqda bəyanat yayıb
    Avropa Birliyinin Nazirlər Şurası İran və nüvə anlaşması haqda bəyanat yayıb

Avropa Birliyi nazirləri özlərinin bazar ertəsi günü keçirilən iclaslarının yekun bəyanatında bütün tərəflərdən istəyiblər ki, İranın nüvə proqramı haqdakı birgə fəaliyyət üzrə kompleks proqrama sadiq qalsınlar.

IRIB-nin məlumatına görə, Avropa Birliyinin Nazirlər Şurası bazar ertəsi günü on maddəlik bir bəyanatda İran ilə altılıq qrupu arasında əldə olunmuş nüvə anlaşmasına sadiqliyini və İranla əlaqələrin genişləndirilməsi vacibliyini vurğulayıb.

Həmçinin Avropa Birliyi özünün İran ilə 3+3 qrupunun çoxtərəfli səyinin nəticəsi olan birgə fəaliyyət üzrə kompleks proqrama sadiqliyini, eləcə də İranın agentliklə vaxtlı və tam həmkarlığının davam etməsi vacibliyini vurğulayıb və anlaşmanın İran tərəfindən icra edilməsinin düzgünlüyünün sınanması və ona nəzarət üzrə agentliyin işini dəstəkləyib.

Avropa Birliyi habelə sərmayə qoyuluşu və ticarətin inkişafı məqsədilə banklar xüsusiyyət təşkil etməklə özəl sektorlar və iqtisadi mərkəzlərlə anlaşma və nüvə məsələsilə bağlı maliyyə sanksiyaları və iqtisadi sanksiyaların ləğvinə şamil olan nüvə anlaşmasının tam və təsirli icrasına dəstək verməyə öhdəlikli olduğunu vurğulayıb.

Bəyanatda sonra deyilir: Avropa Birliyi sərnişin təyyarələri və onunla bağlı xidmətlər və ehtiyat hissələrinin İrana köçürülməsi üçün Amerika Xarici Maliyyələrə Nəzarət Ofisi tərəfindən lisenziyanın verilməsinin davam etdirilməsinin şahidi olmaq istəyir və onu alqışlayır.

Bəyanatda əlavə olunur: Bu birlik vurğulayır ki, etimadyaratmanın davam etməsi üçün bütün tərəflərin öz öhdəliklərinə sadiq qalmaları zəruri bir məsələdir.

Avropa Birliyinin Nazirlər Şurası həmçinin kənd təsərrüfatı, sərmayə qoyuluşu, ticarət, iqtisadi əməkdaşlıq, insan haqları və siyasi dialoqlar daxil olmaqla müştərək maraqlarla bağlı sahələrdə İran-Avropa Birliyi əlaqələrinin inkişafına öz dəstəyini vurğulayır.

Bəyanatda daha sonra deyilir: Avropa Birliyinin Nazirlər Şurası nüvə anlaşmasının icrasının nəticəsi kimi bu birliyin İranla iqtisadi əlaqələrinin genişlənməsini alqışlayır və qanuni ticarət sistemi və ümümdünya iqtisadiyyatına yenidən qatılmasınn nəticəsi və bazarla əlaqədar islahatların həyata keçirilməsi yolu kimi İranın Ümumdünya Ticarət Təşkilatına qoşulmasına öz dəstəyini vurğulayır.

Teqlər