Noy 16, 2016 12:16 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Amerikalı qaradərili vəkil bildirib: Donald Tramp Amerika ictimaiyyətinin etnik və mədəni çeşidliliyini nəzərə almadan bu ölkəni idarə edə bilməyəcək.

CNN telekanalının məlumatına görə, Amerikada vətəndaş hüququ üzrə tanınmış vəkil Brayan Stevenson telekanalın aparıcısı Kristian Amanpurla müsahibədə deyib: Amerika ictimaiyyətinin çeşidliliyini nəzərə almadan bu ölkənin idarə edilməsi üçün bir yolun olacağını güman etmirəm. Amerikada, siz bir mədəniyyət, bir qrup və yaxud dəstənin prezidenti ola bilməzsiniz. ABŞ prezidenti Obama da bu məsəni insanlar üçün aydınlaşdırmağa çalışdı ki, o təkcə Afrika əsilli bir prezident deyildir. Obamanın digər etnoslara üstünlük vermək üzrə səyləri də tənqidlərlə üzləşdi. Hazırda da Donald Tramp Amerikanın çeşidli, çiçəklənmiş və qüdrətli cəmiyyət olduğunu açıqlamaqla bu ölkəni idarə edə bilməz. Əcnəbilərə qarşı çıxmaq və dardüşüncəli çıxışlar və sanki azlıqlar, rəngli dərililər və məhrum cəmiyyətlərin əhəmiyyətli olmaması metodu sadəcə bu ölkənin problemlərini artıracaqdır. 

Teqlər