Noy 16, 2016 12:17 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

Amerikada hüquq müəssisələri ABŞ prezident seçkilərində Donald Trampın qələbəsindən sonra bu ölkədə, əsasən də azlıqlar arasında ixtilaf və nifrətin şiddətlənməsi haqda narahatlıqlarını ifadə ediblər.

Əl-Cəzirə xəbər telekanalının məlumatına görə, Amerika prezident seçkilərində Trampın seçilməsindən sonra amerikalılar öz vəziyyətlərini belə vəsf edirlər: Hər gün bir cinayət. 

İndiana ştatında hüquq dairələrinin nigaranlığı artıb. Çünki seçki kampaniyası və bu qrupların xoşagəlməz adlandırdığı nəticələrdən sonra, azlıqların çoxluq təşkil etdiyi bu ştatda nifrətlə əlaqədar hadisələr artmışdır. 

Hüquq fəallarından biri bildirib: Biz seçkilərdən sonrakı nifrətdən yaranan cinayətlərin artmasını böyük narahatlıqla izləyirik. İnsanlara hörmətsizlik, vətəndaşların incidilməsi və döyülməsi, həmçinin Filadelfiya və paytaxt Vaşinqton yaxınlığında xaç əlaməti və irqçilik məzmunlu yazıların şahidiyik. Biz bu vəziyyətdən çox narahatıq. 

Bura, İndianada Sen David kilsəsinin çöl hissəsidir. Bu kilsənin divarlarından birinin üzərinə "Tramp cəhənnəmə gedəcək" yazılıb və yanında xaç əlaməti vardır. Araşdırmaçılar bu olayı araşdırırlar və bu hərəkət nifrətdən yaranan cinayətləri özündə ehtiva edir. Nifrət dalğası Pensilvaniya ştatının universitetinə də nəql olunub və bu universitetin qaradərili tələbələri təhrikedici məktublar aldıqlarını bildiriblər. 

Tələbələrdən biri deyib: Bu məktubların məzmunu belədir: Mühakiməsiz edam günü gəlib çatacaq və onlar hər qaradərili ilə rastlaşdıqda edamı icra edirlər. 

Başqa bir qaradərili tələbə deyib: Təhlükəsizliyi hiss etməyən təkcə Afrika əsilli amerikalı tələbələr deyil, digər azlıqlar da bu şəraitlə təhlükəsizliyi necə hiss edə bilərlər? 

Məlumata əsasən, nigaranlığı hiss edən təkcə Pensilvaniya ştatı deyil. Massaçusets ştatında da polis mənzillərin qapısı önünə atılan təhdid xarakterli yazılar barəsində də araşdırma aparır. 

Teqlər