3 milyon miqrant ABŞ-dan qovulub
ABŞ-ın miqrantlar üzrə federal agentliyinin məlumatına görə, ABŞ prezidenti Barak Obama indiyədək 2 milyon 571 qeyri-qanuni miqrantı ölkədən qovub
Tlesur informasiya portalının verdiyi məlumata görə, Yeni hökumətin yanvarın 20-də fəaliyyətə başlayacağını nəzərə alaraq o vaxtadək Obama hökumətinin qovduğu miqrantların sayının 3 milyona çatacağı ehtimal olunur.
ABŞ-ın federal mühacirət agentliyi bu statistikanı iyul ayında yayıb.
Obamanın 8 illik prezidentlik dövründə ABŞ-dan qovulanların sayı 2.8, 3.8 təşkil edirdi, bu da Obamanın dövründə miqrantların qovulması üzrə göstəricinin ən yüksək olduğunu göstərir. Obamanın prezidentliyi dövründə öncəki prezidentlə müqayisədə ölkədən qovulanların sayında 40 faiz artım olub.
Ən çox qovulma göstəricisi 2008-ci ilə Corc Buşun hakimiyyətinin sonlarına aiddir ki, 4 faizdən ibarət olub.
Corc Buşun 8 illik hakimiyyəti dövründə Bil Klinton dövrü ilə müqayisədə miqrantların qovulması göstəricisi 132 faiz artımın şahidi olmuşdur.