Noy 18, 2016 12:44 Asia/Baku
  • Obama: Trampın müxalifləri susmasınlar

ABŞ prezidenti- Barak Obama Donald Trampa qarşı etirazları xalqın seçilmiş prezidentin seçki rəqabətlərindəki çıxışlarından nigaran olmasının nişanəsi adlandırıb.

IRNA xəbər verir: ABŞ prezidenti- Barak Obama cümə axşamı günü Berlində Almaniya kansleri Angela Merkel ilə görüşdə amerikalıların bu ölkənin seçilmiş prezidenti Donald Trampın sözlərindən nigaran olmaları ilə bağlı söz azadlığını Amerika demokratiyasında əsas prinsip adlandırıb və bildirib ki, etirazçıları susmağa çağırmağa hazır deyil.

Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra ilk dəfədir ki, Obama bu ölkə xalqının Trampa qarşı etirazlarına tərəfdar çıxır.

Belə bir halda, Tramp və onun ətrafındakılar müxalifləri peşəkar aksiyaçılar adlaındırıb və deyiblər ki, bu qrup Amerika medialarının təhriki və pul almaqla aksiya təşkil edirlər.

Bu məlumata görə, Trampın seçki kampaniyasınn sabiq sədri Ağ Evə daxil olması ərəfəsində Amerikanın gələcək prezidentinin imicinə aşkar şəkildə ağır zərbə vuran xalq etirazlarını yatırmaq ümidilə prezident Barak Obamadan və Trampın sabiq rəqibi Hillari Klintondan aksiyaçıları sükuta çağırmalarını istəyibdir.

Teqlər