Noy 26, 2016 11:38 Asia/Baku
  • Ankarada Ayətullahuluzma Musəvi Ərdəbilinin anım mərasimi keçirilib
    Ankarada Ayətullahuluzma Musəvi Ərdəbilinin anım mərasimi keçirilib

Həzrət Ayətullahuluzma Musəvi Ərdəbilinin vəfatı münasibətilə İranın Türkiyədəki səfirliyinin mədəniyyət attaşesi tərəfindən anım mərasimi keçirilib.

IRNA-nın məlumatına görə, İranın Türkiyədəki səfirliyinin mədəniyyət attaşesi Həsən Səfərxani bu mərasimdə qeyd edib ki, Mərhum Ayətullahuluzma Musəvi Ərdəbili İran İslam Respublikasınn banisi İmam Xomeyni(r.ə)-in vəfalı köməkçilərindən və Qum Dini Elmlər Hövzəsinin alimləri və təqlid mərcələrindən olub. O, deyib: Ayətullahuluzma Musəvi Ərdəbili inqilabdan öncə və sonra İran İslam Respublikası quruluşunun müxtəlif səngərlərində dəyərli xidmətlər göstərib və sonra Qum Dini Elmlər Hövzəsində elmi və mədəni işlərlə məşğul olaraq, dəyərli əsərlər yazıb və təsirli xeyriyyə müəssisələri yaradaraq, idarə edibdir.

Qeyd etmək lazımdır ki, bu münasibətlə noyabrın 27-də İstanbulun tanınmış ruhanilərindən olan Səlahəddin Özgənd tərəfindən Zeynəbiyyədə anım mərasimi keçiriləcək. 

Ayətullahuluzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin dəfn mərasimi İranın prezidenti, İslam Şurası Məclisinin sədri, İslam İnqilabının Böyük Rəhbərinin ofisinin sədri, bir neçə təqlid mərcəyi, bir qrup ölkə və ordu başçısının iştirakı ilə cümə günü Qum şəhərində keçirilib.

Teqlər