ABŞ-da prezident seçkilərində səslərin yenidən sayılması gündəmə gəlib
ABŞ-da son prezident seçkilərinin məğlub təfəri olan demokratların namizədi səslərin yenidən sayılması təklifinə dəstək verib.
İRİB-in verdiyi məlumata görə, ABŞ-da son prezident seçkilərində məğlubiyyətə uğramış demokrat partiyasının namizədinin seçki kampaniyası bildirib ki, Hillari Klinton Yaşıllar Partiyasının namizədi Cil Steinin Amerikanın bir neçə önəmli ştatlarının səslərinin yenidən sayılmasına dair istəyi ilə razılaşır.
ABŞ-da son prezident seçkilərində böyük fərqlə məğlub olan Cil Stein bir neçə ştatda o cümlədən də Viskonsində səslərin yenidən sayılmasını istəyib.
Seçki kampaniyaları zamanı maliyyə vəsayiti toplaya bilməyən Yaşıllar Partiyasının namizədi hələ də seçkilərin nəticələrini dəyişməyə cəhd göstərən Hillari Klintonun vasitəsi ilə səslərin yenidən sayılmasının xərcini ödəmək üçün milyonlarla dollar toplaya bilmişdir.
ABŞ-da səslərin yenidən sayılmasını tələb edən hər hansı namizəd bu prosesin maliyyə xərclərini ödəməlidir.
Son günlərdə Kompüter mütəxəssisləri belə bir iddia irəli surublər ki, elektron metodla səslərin verildiyi qutularda Klintonun səsləri digər qutularla müqayisədə 7 faiz azdır və bu da hakerlərin seçki sisteminə nüfuzuna dəlalət edə bilər.
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp isə səslərin yenidən sayılması mövzusunun gündəmə gəlməsinə münasibət bildirərkən deyib: Səslərin yenidən sayılması üçün gedən cəhdlər gülməlidir və bir növ aldadıcılıqdır.
Tramp deyib: Seçkiləri ABŞ xalqı təsdiqləyib, onu şübhə altına almaqdansa xalqın səsinə hörmətlə yanaşmaq lazımdır.