Türkiyə prezident aparatı AP-nin qətnaməsinə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i247508-türkiyə_prezident_aparatı_ap_nin_qətnaməsinə_reaksiya_verib
Türkiyə Prezident Aparatının sözçüsü Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə qoşulması barədə gedən müzakirələrin dayandırılmasına dair qətnaməsini rüsvayçılıq adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2016 11:07 Asia/Baku
  • Türkiyə prezident aparatı AP-nin qətnaməsinə reaksiya verib
    Türkiyə prezident aparatı AP-nin qətnaməsinə reaksiya verib

Türkiyə Prezident Aparatının sözçüsü Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə qoşulması barədə gedən müzakirələrin dayandırılmasına dair qətnaməsini rüsvayçılıq adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Tükiyə Prezident Aparatının sözçüsü İbrahim Kalen deyib: Avropa Birliyi bu qitənin üz-üzə durduğu irqçilik, anti-miqrant, anti-əcnəbi, ifratçılıq və anti-islam kimi problemlətini həll etməkdən acız qaldığı bir şəraitdə Avropa Parlamenti tərəfindən Türkiyəyə qarşı belə bir qətnamənin çıxarılması rüsvayçılıqdır. 

İbrahim Kalenin dediyinə görə, bu qətnamə hüquqi baxımdan məsuliyyət yaratmır amma Avropa Parlamentindəki zəhərli siyasi atmosferdən və fikir darlığından xəbər verir.