İsveçrədə AES-lərlə bağlı referendum keçirilir
Atom elektrik stansiyalarının fəaliyyətinin davam etməsi ilə bağlı İsveçrədə referendum keçirilir.
İRNA-nın məlumatına görə, İsveçrə əhalisi atom elektrik stansiyalarının fəaliyyətinin dayandırılması prosesinin sürətləndirilməsi məqsədi ilə keçirilən referendumda iştirak edir. Xalqın bu layihənin lehinə səs verəcəyi təqdirdə, İsveçrənin fəaliyyətdə olan 5 AES-nin 3-ü bağlanacaq.
Yeni AES-lərin quraşdırılmasının qadağan edilməsi və mövcud AES-lərdən 45 ildən artıqdan çox istifadənin qadağan edilməsi Yaşıllar Partiyasın və Yaşıl Sülh Müəssisəsi tərəfindən irəli sürülən təkliflərdir.
2011-ci ildə Yaponiyada sunami nəticəsində Fokoşima AES-nin zədələnməsi hadisəsinin ardınca İsveçrə öz AES-lərini mərhələli şəkildə bağlamaq qərarına gəlib. Amma, bunun üçün hər hansı bir müəyyən zaman cədvəli təyin edilməyib.