İŞİD-in yaranmasının amili ABŞ və Səudiyyə Ərəbistanı
-
İŞİD-in yaranmasının amili ABŞ və Səudiyyə Ərəbistanı
Vikiliks portalının təsisçisi İŞİD terror qrupunun yaranması amilinin ABŞ və Səudiyyə Ərəbistanı olduğunu bildirib.
PressTv-nin verdiyi məlumata görə, Vikiliks portalının təsisçisi Culian Asanj deyib: ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Səudiyyə Ərəbistanı terrorçu İŞİD qrupunun yaranmasına şərait yaratdılar.
C.Asanj deyib: 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerika 10 ildən çox uzanan bir müharibəyə girdi və məhz həmin müharibə İŞİD-in maliyyə mənbələri və coğrafi imkanlarının çərçivəsini formalaşdırdı.
Asanj deyib: Səudiyyə Ərəbistanının regiondakı terrorçulara dəstək verməsi də İŞİD-in formalaşmaısnın digər səbəbidir. Vikiliks portalının təsisçisi deyib: Səudiyyə Ərəbistanı qərb dövlətlərinin dəstəyindən faydalanan və Suriya prezidenti Bəşar Əsədlə savaşan terrorçulara açıq-aşkar maliyyə yardımları göstərir.
ABŞ-ın diplomatik sənədlərinin ifşa edilməsinin 6-cı ildönümündə ifşaçı Vikiliks portalının təsisçisi Culian Asanj yeni sənədlər yayaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin İŞİD terror qrupunu icad etdiyini ifşa edib.
Vikiliks portalı indiyədək 500 mindən çox diplomatik sənəd ifşa edib.