Noy 30, 2016 20:24 Asia/Baku
  • OPEK üzvləri neft istehsalını 1,2 milyon barel azaltdı
    OPEK üzvləri neft istehsalını 1,2 milyon barel azaltdı

Bloomberq İnformasiya Agentliyi bildirib: OPEK-ə üzv ölkələr öz neft istehsalını 1,2 milyon barel azaltmaq üzərində razılığa gəliblər. Bu razılıq 8 ildən sonra baş verib.

OPEK-in bugünkü iclasında qərara alınıb ki, bu təşkilatın neft istehsalı gündəlik 33,7 milyon bareldən 32,5 milyon barelə endiriləcək.

OPEK-də ən böyük neft istehsalçısı olan İran, İraq və Səudiyyə Ərəbistanının qızğın müzakirələrindən həftələrlə sonra, bu ölkələr problemləri həll və 8 ildən sonra neftin istehsalının azaldılması üzrə OPEK-in ilkin razılaşmasını əldə edə bilmişlər.

Proqnoz olunur ki, bu anlaşmanın davamında OPEK-ə üzv olmayan digər neft istehsal edən ölkələr ümumilikdə öz neft istehsalını gündəlik 600 min barel azaldacaq.

Proqnoz olunur ki, dünya enerji bazarına çıxarılan mövcud neftin əlavəsini gözləntilərdən daha tez məhv edə bilər.

Teqlər