Dek 01, 2016 13:32 Asia/Baku
  • Avropalı siyasətçilər xalqa yalan danışırlar
    Avropalı siyasətçilər xalqa yalan danışırlar

İngiltərədən olan iqtisadçı Avropa siyasətçiləri və medialarının xalqı aldatdıqlarını deyib.

PressTV-nin verdiyi məlumata görə, Radni Şekspir bu kanala verdiyi müsahibədə Avropadakı iqtisadi böhran barəsində deyib: Müxtəlif ölkələrdə yaşanan iqtisadi böhrana görə, müxtəlif şirkətlərin işçilərinin etiraz aksiyalarının şahidiyik. Bu şirkətlərdən biri Almaniyanın Lufthanza hava yolları şirkətidir. Artıq bir müddətdir ki, bu şirkətin işçiləri və pilotları etiraz aksiyasına başlayıblar. Yeni il bayramı ərəfəsində bu məsələ insanlar üçün ciddi problemlər yarada bilər. Qərb dövlətlərinin yanlış iqtisadi siyasətləri üzündən Avropada bir çox işçinin əmək haqları azalıb və əmək təhlükəsizliyi təhdidlərlə üzləşib. Təəssüflər olsun ki, mövcud vəziyyət sadəcə sərmayə sahibləri və iri şirkət sahiblərinin xeyrinədir. Təəssüflər olsun ki, Avropada işsizlərin sayı ilə bağlı xalqa yalan məlumat ötürülür. Avropada işsizlik səviyyəsi 12% yox, 25%-dir. Gənclər arasında işsizlik səviyyəsi isə 2 dəfə çoxdur. Əslində Lufthanza şirkətinin pilotlarının etiraz aksiyası Avropadakı iqtisadi böhranın sadəcə kiçik bir nümunəsidir. Buna görə də Avropada hakim quruluşlar əleyhinə hərəkatların formalaşmasının şahidiyik. Avropa Birliyində üzvlük ilə müxalif olan sağçı qruplar güclənir və iqtidara gəlirlər. Bu arada medialar dövlətlər ilə əlbir olaraq, onların yalanlarını yaymaqla məşğuldurlar. Halbuki, xalq sadəcə gündəlik yaşamın gerçəkliklərini görür və çətin vəziyyətə dözməli olur. 

Teqlər