Dek 01, 2016 19:54 Asia/Baku
  • Əfqanıstan prezidenti ABŞ-a xəbərdarlıq edib
    Əfqanıstan prezidenti ABŞ-a xəbərdarlıq edib

Əfqanıstan prezidenti : Əfqanıstan xalqı qəbul etdirilən müharibələrə artıq dözə bilmir və davam edərsə bu ölkə dövləti başqa tədbirlər görməli olacaq.

Əfqanıstan prezidenti ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşündə deyib: Terrorizmin əsas qurbanlarında olan Əfqanıstan xalqı artıq terrorçu hücumlar və mütəşəkkil müharibələrə dözə bilmir. 

Əfqanıstan Prezident Aparatının mətbuat xidmətinin verdiyi məlumata görə, Əfqanıstan prezidenti  Məhəmməd Əşrəf Qəni , ABŞ-ın Əfqanıstan və Pakistan məsələləri üzrə xüsusi nümayəndəsi xanım Larel Miler ilə görüşündə terrorizm ilə mübarizə və regionda təhlükəsizlik durumunu müzakirə edib. 

Əşrəf Qəni deyib: Terrorizmin əsas qurbanı olan Əfqanıstan xalqı artıq terrorçu hücumlara və qəbul etdirilən mütəşəkkil müharibələrə dözə bilmir.

Əfqanıtan prezidenti deyib: Müharibənin xarici cəhəti hamıya aydındır və bunu gizlətməyə lüzum yoxdur. 

Əşrəf Qəni deyib: Əfqanıstan tranzit sahəsində gözə çarpacaq inkişaf edib və sadəcə bir ölkəyə( Pakistan) möhtac vəziyyətindən xilas olub.  

Teqlər