Dek 05, 2016 14:31 Asia/Baku
  • İtaliyanın baş naziri istefa verib
    İtaliyanın baş naziri istefa verib

Baş nazir Rentsinin təklif etdiyi islahatların uğursuz qalmasından xəbər verən İtaliyada əsas qanun üzrə referendumun ilkin nəticələrinin elan olunmasının ardınca o, öz istefasını elan edibdir.

Rentsi bazar günü bir mətbuat konfransında deyib: Mənim hökumətlik təcrübəm burada başa çatır.

O, nazirlər kabinetinin bütün üzvlərinə uğurlar diləyib.

İtaliya dövlət telekanlaı tərəfindən elan olunmuş bu referendumun ilkin nəticələri göstərdi ki, respondentlərin 42 faizdən 46 faizədək olan hissəsi əsas qanunun islahının lehinə səs veribdir, halbuki respondentlərin 54%-dən 58%-dək olan hissəsi islahatlarla müxalif olubdur.

Analitiklər bu qənaətdədirlər ki, bu referendumda əsas qanunun islahı ilə müxalif olan qrupların qələbəsi dövlət ilə müxalif olan qrupların, o sıradan "5 ulduz" hərəkatının gələcəkdə inkişaf etməsinə bais olacaq. Bu qruplar İtaliyanın Avrozonadan çıxmasını dəstəkləyirlər.

İtaliya Avrozonanın üçüncü böyük iqtisadiyyatı sayılır. Amma bu ölkənin birja bazarı cari milad ilində siyasi səbatsızlıq barədəki nigaranlıqların artmasına və bank sistemindəki problemlərə görə, zəif fəaliyyətə malik olubdur.

Teqlər