Liviya: İŞİD üzvləri Əlcəfrə şəhərinə qaçıblar
-
Liviya: İŞİD üzvləri Əlcəfrə şəhərinə qaçıblar
Liviyanın Sirt şəhərinin əməliyyat otağı bildirib ki, təkfirçi-sionist İŞİD qrupu terrorçularından bir qrupu bu şəhərdən Əlcəfrə şəhərinə qaçıb.
Əlhədəs telekanalının məlumatına görə, Sirt əməliyyat otağı vurğulayıb ki, bir qrup İŞİD üzvü bu şəhərdən qaçmağa müvəffəq olub.
Liviya milli birlik dövlətinin tabeliyində olan Sirt əməliyyat otağı əlavə edib ki, bu ölkənin cənubundakı Əlcəfrə şəhərinə tərəf getmiş İŞİD üzvlərinin təqibi davam edir.
Liviya milli birlik dövlətinin qüvvələri bundan öncə Sirt şəhərinə tam şəkildə yiyələnmələrindən xəbər vermişdilər. Sirt şəhərində İŞİD-in başçılarından bir neçəsi daxil olmaqla bu qrupun üzvlərindən 34 nəfər də özünü Liviya milli birlik dövlətinin qüvvələrinə təslim edibdir. Bu qüvvələr həmçinin Sirtdə İŞİD üzvlərindən iyirmi nəfərin öldürülməsindən xəbər veriblər.