Rusiya terror hücumları qarşısında NATO-nun ikili rəftarını vurğulaıyıb
Rusiya, Şimali Atlantika Alyansı- NATO-nun terrorçuların, üç nəfərin həlak olması ilə nəticələnmiş bu ölkənin Suriyanın Hələb şəhərindəki səhra qospitalına qarşı hücumu qarşısında susmasını bu təşkilatın terrorizm məsələsilə ikili rəftarının nişanəsi adlandırıb.
Bazar ertəsi günü terrorçuların Hələbdəki səhra qospitalına qarşı hücumunda Rusiyanın iki hərbi işçisi və bir suriyalı həlak olub, altmışdan çox insan da yaralanıbdır.
Ria Novosti xəbər agentliyi bu gün Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşkoya istinadla yazıb: Şimali Atlantika Alyansı terrorçuların Hələbdəki səhra qospitalına qarşı hücumuna görə heç təssüflənməyib də. Bu da ikili meyarların işlədilməsinin bariz nümunəsidir.
Qruşko əlavə edib: NATO başçıları hətta üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş bu hadisə ilə bağlı Rusiyanın kədərinə şərik olmağa belə hazır olmayıblar.
Rusiya Müdafiə Nazirliyinin səhra qospitalı bu ölkə prezidentinin göstərişi ilə Suriyanın Hələb şəhərində yerləşdirilibdir ki, bu şəhərin terrorçuların işğalından azad edilmiş məntəqələrində doxsan min vətəndaşa müalicə xidmətləri göstərmiş olsun. Lakin bu qospital hücuma məruz edildi.