Dek 09, 2016 14:36 Asia/Baku
  • Cənubi Koreya Parlamenti bu ölkə prezidentini impiçment etdi
    Cənubi Koreya Parlamenti bu ölkə prezidentini impiçment etdi

Cənubi Koreya Parlamenti bu gün bu ölkə prezidenti xanım Park Quin Heyin ciddi qalmaqla səbəb olan korrupsiya işi ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılması layihəsinin lehinə səs verərək, onu tutduğu vəzifədən kənarlaşdırıb. Cənubi Koreya prezidentinin impiçment edilməsinin lehinə 234 səs, əleyhinə isə 54 səs verilib.

Parlament binasının önünə topalaşan yüzlərlə insan "Parkı kənarlaşdırın" şüarı verib. 

İndi Cənubi Koreyanın Konstitusiya Məhkəməsi Park Quin Heyin prezidentlik dövrünün yekunlaşdırılması barədə Parlamentin qərarını təsdiq etməlidir. Bu prosesin 6 ay davam edə biləcəyi mümkündür. Bu müddət ərzində isə Park Quin Hey prezident adını daşımasına baxmayaraq, bütün səlahiyyətləri əlindən alınmış olacaq. Bu prosesin uzanması Cənubi Koreyada siyasi iflic vəziyyətinə səbəb ola bilər. 

Cənubi Koreya prezidentinin səmimi dostu olan 40 yaşlı Çoy Sun Sil ilə əlaqədar olan rüsvayçılıq Park Quin Heyin xalq arasındakı reytinqinin kəskin şəkildə azalmasına və 4%-ə enməsinə səbəb olub. Rüsvayçılığın miqyası o qədər böyükdür ki, milyonlarla insan küçələrə axaraq, prezidentin istefasını tələb etmişdi. Bu da ölkəni iflic vəziyyətinə salıb. 

Çoy Sun Sil prezident ilə malik olduğu yaxın münasibətlərdən sui-istifadə etməkdə və hökumət işlərinə müdaxilə etməkdə ittiham edilir. 

 

Teqlər