C.Koreya prezidenti bir daha xalqdan üzr istədi
-
C.Koreyanın prezidenti xalqdan təkrar üzr istəyib
Cənubi Koreyanın prezidenti onun parlament tərəfindən impiçment edilməsi ilə nəticələnən korrupsiya olayında səhlənkarlığa yol verdiyinə görə bir daha xalqdan üzr istəyib.
Aseoşieytedpressin verdiyi məlumata görə, Park Qeon Hey bu günku açıqlamasında Cənubi Koreya xalqından üzr istəyərək deyib ki, o İmpiçmentin araşdırılmasından sonra Konstitusiya məhkəməsinin verəcəyi hər hansı hökmə hazırdır.
Park Qeon Hey son hadisələrə görə çox narahat olduğunu bildirərək deyib: Mən Çoy Sun Silin korrupsiya ittihamı barədə prokurorluqla və təhqiqat prossesi ilə lazımı əməkdaşlıq edəcəyəm.
Prezidentin üzr istəməsindən dərhal sonra Cənubi Koreya dövlətinin müxalifət lideri Park Qeon Heyi sədaqətsizlikdə və vəzifəpərəstlikdə ittiham edib.
C.Koreya prezidenti öncə də televiziya vasitəsi ilə xalqdan iki dəfə üzr istəmişdi və mühakiməyə edilməyə hazırlığını bildirmişdi.
C.Koreya parlamenti bu gün prezidentin impiçment edilməsi layihəsini təsdiqlədi.
Prezidentin impiçment edilməsi araşdırıldığı müddətdə konstitusiya məhkəməsi onun vəzifələrini yerinə yetirəcək.
2013-cü il fevral ayından hakimiyyətdə olan Park Qoin Hey Cənubi Koreyanın 1963-1979-cu fəaliyyət göstərmiş üçüncü prezidenti Park Çong Heyin qızı və bu ölkənin ilk qadın prezidentidir.