C.Koreya xalqı prezidentin impiçment edilməsindən sonra şadlıq edib
Dek 09, 2016 20:22 Asia/Baku
-
C.Koreya xalqı prezidentin impiçment edilməsindən sonra şadyanalıq edib
C.Koreyada prezidentin parlament tərəfindən impiçment edilməsi xəbərinin yayılmasından sonra bir qrup insan parlament qarşısına toplaşaraq şənlik edib.
İRİB-nin verdiyi məlumata görə,c.Koreyada əhali üzərində prezidentin impiçment edilməsinə görə təbrik mesajları yazılmış plakatlar daşıyaraq küçələrə axışıb.
C.Koreyada son rəy sorğularının nəticələrinə görə prezidentin reytinqi 5 faizə düşüb.
Cənubi Koreya prezidentinin impiçment edilməsinin lehinə 234 səs, əleyhinə isə 54 səs verilib.İndi ölkənin konstitusiya məhkəməsi prezident Park Quin Heyin vəzifədə qalması yaxud vəzifədən kənarlaşması barədə qərar verməlidir.