Dek 10, 2016 18:21 Asia/Baku
  • Banqladeş xalqı Myanmada Ruhinqa müsəlmanlarının qırğın edilməsinə etiraz edib

Ümumdünya İnsan Haqları Günü münasibəti ilə Banqladeş xalqı Myanmada Ruhinqa müsəlmanlarının qırğın edilməsinə etiraz olaraq paytaxt Dakkada aksiya keçirib.

APTN-nin verdiyi məlumata görə, aksiya iştirakçıları Myanmanın hakim Demokratiya üçün Milli Liqa Partiyasının rəhbəri və Myanmanın xarici işlər naziri Ang San Suçini Ruhinqa müsəlmanlarının acınacaqlı vəziyyətinə görə tənqid edərək, Banqladeş hökumətindən Ruhinqa müsəlmanlarının insanlıq adına Banqladeşə daxil olmalarına icazə verməsini istəyiblər.

Dakkada keçirilən aksiyada iştirak edənlər həmçinin beynəlxalq təşkilatlardan Myanamada soyqırımına məruz qalan Ruhinqa müsəlmanlarını müdafiə etmələrini istəyiblər.

Banqladeş İnsan Haqları ofisinin katibi Məhəmməd Şahcahan Myanmada insan haqlarının kobud şəkildə pozulmasını tənqid edib və BMT, habelə İslam Əməkdaşlıq Təşkilatından Ruhinqa müsəlmanlarının taleyinə laqeyd qalmamalarını istəyib.

Myanma ordusunun Ruhinqa müsəlmanlarının yaşadıqları Raxin əyalətində hərbi əməliyyatlara başladığı zamandan bəri, ötən 3 ay ərzində 86 nəfər öldürülüb, 22 000 nəfəri isə öz evindən didərgin düşüb.

Teqlər