İstanbul partlayışlarında ölənlərin sayı 29 nəfərə çatıb
Türkiyənin İstanbul şəhərində törədilən partlayışlarda həyatını itirənlərin sayı 29 nəfərə çatıb.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyi şənbə günü axşam saatlarında İstanbulda törədilən 2 partlayışda 29 nəfərin həyatını itirdiyini və 166 nəfərin yaralandığını bildirib.
Bu məlumata görə, hadisədə həyatını itirənlərin 27-si polis əməkdaşı olub.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu barədə deyib: İndiyə kimi İstanbulda törədilən partlayışlarla əlaqədar 10 şübhəli saxlanılıb.
Türkiyə rəsmilərinin bildirdiklərinə görə, partlayışlardan biri İstanbulda, Beşiktaş stadionunun yaxınlığında polis əməkdaşlarını daşıyan avtomobilin kənarında törədilib. İkinci partlayış isə Strak Maka parkında törədilib.
Ötən bir ildə Türkiyənin müxtəlif şəhərləri xüsusi ilə də İstanbul bir sıra terror aktlarının şahidi olub. Bu terror aktları əsasən PKK və İŞİD terror qruplaşmaları tərəfindən həyata keçirilir.